Konfrans Liqasında ikinci finalçı müəyyənləşib

Konfrans Liqasında ikinci finalçı müəyyənləşib.

SİA xəbər verir ki, İngiltərədə keçirilən yarımfinalın ilk matçında "Aston Villa"ya 4:2 hesabı ilə qalib gələn "Olimpiakos" doğma meydanda da 1:0 hesablı qələbəyə sevinib.

Bununla da Yunanıstan təmsilçisi finala vəsiqə qazanıb. Onların həlledici mərhələdəki rəqibi İtaliya "Fiorentina"sı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə