Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı səfir oldu

...Silahlı Qüvvələrin keçmiş baş komandanı Valeri Zalujnı Böyük Britaniyada səfir olub.

SİA-nın əldə etdiyi məlumata görə, onun təyinatı ilə bağlı sərəncamı Ukrayna prezidenti Vladimir Zelenski imzalayıb.

Mətndə Zalujniyə hərbi forma geyinmək hüququnun verildiyi aydınlaşdırılarkən, onun “sağlamlığına görə” işdən çıxarıldığı da qeyd olunur.

RBC Ukrayna mətbuatına istinadən yazır ki, Zalujnı hərbi həkim komissiyasından keçib və hərbi xidmətə yararsız elan edilib.

Bundan əlavə, Zelenski Ukrayna Silahlı Qüvvələrinin Xüsusi Əməliyyat Qüvvələrinin komandanı Sergey Lupançuku da vəzifəsindən azad edib və onun yerinə Ukrayna Qəhrəmanı Aleksandr Trepak gətirib.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə