PSJ-nin ispaniyalı baş məşqçisi Luis Enrike PSJ klubundan ayrılmayacaq. SİA xəbər verir ki, 54 yaşlı mütəxəssis növbəti mövsüm Paris təmsilçisindəki fəaliyyətini davam etdirəcək.

PSJ klubunun rəsmiləri Luis Enrikenin işindən razı olduqlarını və daha yaxşı işlər görə biləcəyinə inandıqlarını bildiriblər.

Qeyd edək ki, PSJ UEFA Çempionlar Liqasının yarımfinal mərhələsinin hər iki oyununda Almaniyanın "Borussiya" (Dortmund) klubuna 0:1 hesabı ilə uduzub.

Bütün xəbərlər Facebook səhifəmizdə