Bu vilayətdə insanlar kütləvi şəkildə yoxa çıxmaqda davam edir

Aprel ayında Sankt-Peterburq və Leninqrad vilayətində 300-ə yaxın insan itkin düşüb.

SİA “Veçerni Peterburq”a istinadən xəbər verir ki, bu barədə “LizaAlert” axtarış-xilasetmə qrupunun əməkdaşları məlumat verib.

Qeyd olunur ki, ay ərzində itkin düşmüş şəxslərlə bağlı 294 müraciət daxil olub ki, bu da mart ayı ilə müqayisədə bir qədər azdır.

Bununla belə, daha təcili axtarışlar aparılır, belə ki, könüllülər daha çox azyaşlıları, qocaları və meşədə itənləri axtarırlar. Onların sözlərinə görə, 187 nəfər diri tapılıb, daha 27 nəfər isə hələ də tapılmayıb, 36 iddia isə təsdiqini tapmayıb.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə