Fransa dənizaşırı departamenti Mayotda vəba xəstəliyi yayılıb

Fransanın dənizaşırı departamenti Mayotda (Mayotte) 3 yaşlı uşaq vəba epidemiyasından ölüb.

SİA AZƏRTAC-a istinadən xəbər verir ki, bu haqda Mayot prefekturasının səhiyyə qurumu məlumat yayıb.

Bildirilib ki, uşaq son günlər bir neçə vəba xəstəsinin aşkarlandığı Konqu rayonunda yaşayırmış.

Hind okeanında yerləşən Fransa departamentləri arasında ən kasıbı olan Mayottada ilk vəba hallarının martın ortalarında qonşu Komor adalarından qayıdan insanlar arasında qeydə alındığı bildirilir. Səhiyyə Agentliyinin məlumatına görə mayın 6-dək Mayotda 58 yoluxma halı müəyyən edilib. Peyvənd kampaniyası davam etməsinə baxmayaraq, ölkədə səhiyyə infrastrukturu son dərəcə zəif və təhlükəli olduğu üçün çirklənmiş qida və su vasitəsi ilə bakterial xəstəlik ölkə ərazisində genişlənməkdə davam edir.

Mayotdan olan deputat Estel Yusufa ölkəsindəki ilk ölüm hadisəsinə reaksiya göstərərək, onu kollektiv utanc və sağlamlıq fəlakəti adlandırıb.

Bütün xəbərlər Facebook səhifəmizdə