Son bir həftədə 108 terrorçu zərərsizləşdirilib

Son bir həftə ərzində həyata keçirilən terrorla mübarizə əməliyyatları nəticəsində separatçı terror təşkilatı PKK-nın 108 üzvü zərərsizləşdirilib.
Milli Müdafiə Nazirliyində keçirilən məlumatlandırma toplantısında ölkə daxilində və sərhəddən kənarda keçirilən əməliyyatlarla bağlı məlumat verilib.
SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, bu çərçivədə İraq və Suriyanın şimalı da daxil olmaqla son bir həftə ərzində həyata keçirilən əməliyyatlar nəticəsində 108 terrorçu zərərsizləşdirilib.
Bununla da yanvarın 1-dən indiyədək zərərsizləşdirilən terrorçuların sayı 953-ə çatıb.
Bundan əlavə, ötən həftə İraqın şimalındakı sığınacaqlarından qaçan daha 2 PKK terrorçusu Habur sərhəd-keçid məntəqəsindəki təklükəsizlik qüvvələrinə təslim olub.

Bütün xəbərlər Facebook səhifəmizdə