Ukrayna Silahlı Qüvvələrinin bir qrup döyüşçüsü DXR-də mühasirəyə alınıb?

Ukrayna Silahlı Qüvvələrinin bir qrup döyüşçüsü Donetsk Xalq Respublikasının Krasnoqorivka şəhərinin kənarında mühasirəyə alınıb.

SİA-nın əldə etdiyi məlumata görə, TASS bu barədə regional təhlükəsizlik güclərindəki mənbəyə istinadən xəbər verir. Agentliyin həmsöhbətinin sözlərinə görə, bu, mayın 9-da günorta saatlarında baş verib.

Hazırda təmizləmə işləri aparılır. Bundan əvvəl bildirilmişdi ki, Ukrayna əsgərləri rus qoşunlarının hücumuna tab gətirə bilməyib və Krasnoqorovkadakı mövqelərdən qaçaraq şəhəri tərk etməyə cəhd ediblər.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə