Paşinyan arxiyepiskopun tələbinə məhəl qoymayıb

Ermənistanın baş naziri Nikol Paşinyan “Vətən adına Tavuş” müxalifət hərəkatının lideri arxiyepiskop Baqratın bir saat ərzində istefaya getməsi tələbinə məhəl qoymayıb.

SİA-nın əldə etdiyi məlumata görə, bu barədə TASS yazır.

Agentliyin məlumatına görə, Baqrat öz tələbini İrəvanın mərkəzində Respublika meydanında keçirilən minlərlə insanın mitinqində səsləndirib.

...Nikol Paşinyan! Sizə istefa vermək üçün bir saat vaxt verirəm. Bir saat ərzində sizinlə görüşməyə və istefamın şərtlərini müzakirə etməyə hazıram.

Bunu arxiyepiskop deyib.

Jurnalistlər müşahidə ediblər ki, nə Paşinyanın özü, nə də hökumətin mətbuat xidməti müxalifətçinin ultimatumuna heç bir şəkildə cavab verməyiblər.

Xatırladaq ki, Tavuş vilayətinin sakinləri 2024-cü il aprelin 19-da Ermənistan Xarici İşlər Nazirliyinin 90-cı illərdə Ermənistanın nəzarətinə keçən bölgənin 4 kəndinin Azərbaycanın nəzarətinə qaytarıldığını elan etdikdən sonra mitinq və piketlərə başlayıblar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə