Gürcüstanın Fransadakı səfiri istefa verir, niyə..?

Gürcüstanın Fransadakı səfiri Qoça Cavaxişvili bildirib ki, rəhbərlikdən qondarma xarici agentlər haqqında qanun layihəsinə görə bu vəzifədə səlahiyyətlərinə vaxtından əvvəl xitam verilməsini xahiş edib.

...Mən ətrafımda, istər hökumətdə, istərsə də diplomatlar arasında açıq-aşkar rusiyayönlü olan kimsə tanımıram, başa düşürəm ki, bu, müəyyən məqsədə çatmaq üçün bir növ taktika ola bilər. Amma mən artıq bu, yəni “Avropaya doğru hərəkət etmək və özümü Avropadan qorumaq” istiqamətdə öz rolumu və resurslarımı görmürəm.

SİA-nın əldə etdiyi məlumata görə, diplomat bunu Facebook-da yazıb.

Cavaxişvilinin sözlərinə görə, “reinkarnasiya edilmiş qanun layihəsi” ilə əlaqədar xarici tərəfdaşlarla münasibətlərdə yaranmış vəziyyət və əhval-ruhiyyə onun Gürcüstan səfiri kimi missiyasını olduqca çətinləşdirir.

Xatırladaq ki, mayın 1-də Gürcüstan parlamenti “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini ikinci oxunuşda təsdiqləyib.

Sənədi tənqid edənlər, o cümlədən ABŞ və Avropa nümayəndələri onu “xarici agentlər haqqında” Rusiya qanununun analoqu adlandırırlar.

Nazlı

Bütün xəbərlər Facebook səhifəmizdə