Nyu-York Türk Evində MİKTA Film Festivalı

Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliyadan ibarət MİKTA-ya üzv ölkələrin iştirakı ilə təşkil edilən MİKTA Film Festivalı Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərindəki Türk Evində (Turkish House) başlayıb.

SİA-nın türk saytlarından əldə etdiyi məlumata görə, film festivalının açılış mərasimində Meksika, İndoneziya, Cənubi Koreya, Türkiyə və Avstraliyadan diplomatik nümayəndələr, vətəndaşlar və çoxlu kinosevərlər iştirak ediblər.

Tədbirin açılış nitqi ilə çıxış edən Türkiyənin Nyu-Yorkdakı baş konsulu Reyhan Özgür Türk Evinin birlik simvoluna çevrildiyinə diqqət çəkərək bu festivalın məqsədinin “Müxtəliflikdə birliy”i təmin etmək olduğunu bildirərək deyib: “MİKTA ölkələri müxtəlif mədəni sərvətlərə malikdir. Film festivalımız üzv ölkələr arasında fərqli coğrafiyalar, iqtisadiyyatlar və mədəniyyətlər arasında körpülər qurmaq məqsədi daşıyır.

Çoxtərəfliliyə töhfə vermək istəyən ölkələr üçün də MİKTA əhəmiyyətli bir modeldir.

Qeyd edək ki, MİKTA Film Festivalı çərçivəsində hər çərşənbə axşamı Türk Evində üzv ölkələrin filmi nümayiş var.

Mayın 8-də İndoneziyadan "Labuan Hati", 14-ündə Meksikadan "Macario", 21-ində Cənubi Koreyadan "Minari", 28-ində Avstraliyadan "Sweet As" və 4 iyunda Türkiyədən "Bir zamanlar Anadolu" filmləri tamaşaçılarla təqdim olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə