Gürcüstanın bizə borcu var 7,8 milyon dollar

Yanvarın 31-nə Gürcüstanın ümumi xarici dövlət borcu 5,4 milyard ABŞ dolları olub. Bunun da 5,2 milyard dolları hökumətin payına düşür. SİA xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilir. Məlumata görə, Gürcüstanın Azərbaycana borcu 7,8 milyon dollar təşkil edir.

Gürcüstanın ən çox borcu olan xarici ölkə Almaniyadır (324,8 milyon dollar). İkinci sırada 253,3 milyon dollarla Fransa, üçüncü yerdə 215,3 milyon dollarla Yaponiyadır.

Qonşu ölkənin Türkiyəyə 15 milyon dollar, Rusiyaya isə 61,3 milyon dollar borcu var.

Bütün xəbərlər Facebook səhifəmizdə