Azərbaycanda dövlət qurumlarına məxsus yeni domenlərin sayı 2 dəfə azalıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda 23yeni domen dövlət qurumlarının istifadəsinə verilib. SİA-nın Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin məlumatları əsasında apardığı hesablamalara əsasən, bu, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 2 dəfə azdır.

Hesabat dövründə dövlət qurumlarının istifadəsinə 111 yeni subdomen də verilib ki, bu da 1 il əvvələ nisbətən 82 % çoxdur.

2023-cü ildə dövlət qurumları 119 yeni domen və 323 yeni subdomen alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə