İtaliya məhkəməsi bu gün Berluskoniyə qarşı ittihamların rəsmən irəli sürülüb-sürülməyəcəyinə dair qərar verəcək

İtaliya məhkəməsi bu gün Berluskoniyə qarşı ittihamların rəsmən irəli sürülüb-sürülməyəcəyinə dair qərar verəcək
İtaliyanın baş naziri Silvio Berluskoni Milanda məhkəmə qarşısına çıxarılıb. SİA-nın məlumatına görə, baş nazirə qarşı bu dəfə maliyyə fırıldaqçılığı ittihamları irəli sürülüb. İddiaya görə, Berluskoni özünəməxsus media-holdinq üçün yayım hüququ alarkən maliyyə fırıldaqçılığına yol yerib.

Belə ki, İtaliya məhkəməsi bu gün Berluskoniyə qarşı ittihamların rəsmən irəli sürülüb-sürülməyəcəyinə dair qərar verəcək. Müxtəlif ittihamlara məruz qalan baş nazir irəli sürülən ittihamları qəti surətdə təkzib edir.

Qeyd edək ki, o həmçinin rüşvətxorluqda, dələduzluqda, vergidən yayınmaqda və azyaşlı qızlarla intim münasibətdə ittiham edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə