Hindistanda dini bayram qanla bitdi - 17 ölü var

Hindistanda dini bayram qanla bitdi - 17 ölü var

Hindistanın şərqində yerləşən Kəlküttə şəhərində dini bayram zamanı baş verən izdiham nəticəsində azı 17 nəfər ölüb, çox sayda insan xəsarət alıb.

"NDTV" telekanalının məlumatına görə,. hadisə yerli vaxtla saat 19:40-da (Bakı vaxtı ilə 18:10) Qiriş-Park rayonunda müvəqqəti bayram pavilyonunun çıxışında baş verib.

Polisin məlumatına görə, yağış zamanı ərazidə insanların həddindən artıq çox toplaşması izdihama səbəb olub.

Hüquq-mühafizə orqanlarının açıqlamasında bildirilir ki, hadisə nəticəsində təxminən 35 nəfər xəstəxanaya çatdırılıb.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə