...Avropanın müasir müharibə şəraitini nəzərə alan yeni hərbi doktrinalara və təhlükəsizlik sistemlərinə ehtiyacı var.
SİA-nın əldə etdiyi məlumata görə, Ukrayna Silahlı Qüvvələrinin keçmiş baş komandanı Valeri Zalujnı bu açıqlamanı X sosial media platformasında verib.
Zalujnının sözlərinə görə, köhnə dünya nizamı siyasi, iqtisadi və təhlükəsizlik sistemləri ilə birlikdə çökməyə davam edir. Rusiya, Çin və bir sıra digər ölkələr beynəlxalq səhnədə daha böyük siyasi təsir axtarırlar.
Keçmiş baş komandan mövcud təhlükəsizlik sisteminin köhnə dünya nizamını qoruya bilməyəcəyi ehtimalını istisna etmir. Buna görə də o, Avropanın müasir müharibənin reallıqlarını nəzərə alan yeni hərbi doktrinalara və təhlükəsizlik sistemlərinə ehtiyacı olduğuna inanır.
Bu, texnologiyalar və dronlar, onların taktikaları, hərbi strukturlara inteqrasiyası və yeni hərbi istehsal güclərinin yaradılması ilə bağlıdır.
Zalujnı bu və digər məsələləri Hollandiyadan olan zabitlərlə görüşdə müzakirə etdi.
O, müxtəlif ölkələrdə müdafiə sənayesinin üzləşdiyi problemlərdən biri kimi şirkətlər arasında uzun illər üçün hesablanmış mövcud müqavilələri göstərdi.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB