Yüzdən çox əcnəbi Gürcüstandan qovulub

Yüzdən çox əcnəbi Gürcüstandan qovulub

Yüzdən çox əcnəbi Gürcüstandan qovulub.

SİA xarici KİV-ə istinadən xəbər verir ki, saxlanılanlar müvəqqəti yaşayış mərkəzinə yerləşdirilib və deportasiya prosesləri başlayıb.

Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, son bir neçə gün ərzində Miqrasiya Departamenti Gürcüstanda qanunsuz yaşayan 112 əcnəbini saxlayıb.

Onların arasında Pakistan, Misir, Banqladeş, Rusiya, Azərbaycan, Türkmənistan, İraq, Hindistan, Livan, Mərakeş, Nigeriya, Ermənistan, Türkiyə, Burundi, Vyetnam, Keniya, İordaniya, Nepal, Uqanda və digər ölkələrin vətəndaşları var. Onların hamısı Gürcüstanda icazə verilən qalma müddətini aşıb və qanuni əsas olmadan ölkədə olublar.

Departamentin məlumatına görə, saxlanılanlar müvəqqəti yaşayış mərkəzinə yerləşdirilib və deportasiya prosesləri davam edir.

Xarici vətəndaşların Gürcüstandan deportasiyası ilə bağlı qərarlar həm Daxili İşlər Nazirliyinin Miqrasiya Departamenti, həm də məhkəmələr tərəfindən qəbul edilir. Qanun həmçinin deportasiya edilənlər üçün yenidən giriş qadağasını nəzərdə tutur.

Ölkədən deportasiya edilən əcnəbilərin iki ildən beş ilə qədər müddətə Gürcüstana girməsi qadağandır. Bu məhdudiyyət ölkəni könüllü tərk edənlərə şamil edilmir.

Müəllif: Günel Fərzəliyeva

Bütün xəbərlər Facebook səhifəmizdə