ABŞ Ədliyyə Nazirliyi 5 telekanal barədə araşdırma aparır

ABŞ Ədliyyə Nazirliyi 5 telekanal barədə araşdırma aparır

ABŞ Ədliyyə Nazirliyi Prezident Donald Trampın fəaliyyətini işıqlandırmaqdan imtina edən beş televiziya kanalı ilə bağlı araşdırmaya başlayıb.

SİA APA-ya istinadən xəbər verir ki, araşdırma ABC, CBS, CNN, NBC və “Fox News” telekanallarını əhatə edir.

Nazirlik telekanalların birgə qərarının ölkənin antiinhisar qanunvericiliyini pozub-pozmadığını müəyyənləşdirməyə çalışır.

Bildirilib ki, sentyabrın 19-da Ağ Ev CNN, MS NOW və “Politico” jurnalistlərinin akkreditasiyasını ləğv edib. Buna etiraz olaraq beş telekanal Trampın fəaliyyətinin işıqlandırılmasını müvəqqəti dayandırıb.

Jurnalistlərin məhkəməyə müraciətindən sonra sentyabrın 24-də onların Ağ Evə giriş hüququ bərpa olunub. Telekanallar da fəaliyyətlərini əvvəlki qaydada davam etdiriblər.

Ədliyyə Nazirliyinin sözçüsü Emili Kovinqton bildirib ki, rəqib şirkətlərin birgə boykot qərarı antiinhisar qanunlarını poza bilər.

Jurnalistləri Müdafiə Komitəsi isə araşdırmanı tənqid edib. Təşkilat hökumətin bu cür tədbirlərdən media qurumlarına təzyiq göstərmək üçün istifadə etməməli olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə