Litva 2027-ci ildə ölkənin hava məkanına daxil olan PUA-larla mübarizə üçün inteqrasiya olunmuş sistem yaradacaq.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Robertas Kaunas "Politika.lt" portalına müsahibəsində bildirib.
Onun sözlərinə görə, layihə müxtəlif hava məkanını izləmə və neytrallaşdırma vasitələrini birləşdirəcək:
"Sistem hava obyektlərinin operativ aşkar olunmasını, qərarların tez qəbul edilməsini və cavab tədbirlərinin görülməsini təmin etməlidir. Layihənin başa çatdırılma tarixi 2027ci ilin sonu müəyyən edilib, lakin biz bunu ilin ortasına qədər tamamlamaq istərdik. Layihə milyardlarla vəsait tələb edir".
Ayşən Vəli
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB