İran Trampın Hörmüz boğazına iddialarını lağa qoyur

İran Trampın Hörmüz boğazına iddialarını lağa qoyur

Tehran ABŞ-ın Hörmüz boğazını birtərəfli şəkildə açmaq və nəzarət etmək istəyinin Vaşinqtonun faktiki imkanlarından çox kənarda olduğunu bildirib. İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi ABŞ prezidenti Donald Trampın Hörmüz boğazının Amerika ərazisi ola biləcəyi iddialarını lağa qoyub. O, bunu X sosial media platformasında yazıb.

Rzayi öz paylaşımında iddia edib ki, ABŞ-ın Hörmüz boğazını açmaması ilə Vaşinqtonun ona iddiaları arasındakı məsafə Vaşinqtonu boğazın özündən ayıran təxminən 7000 mil məsafədən belə daha böyükdür.

"Fars körfəzindəki post-Amerika nizamına xoş gəlmisiniz", - Rzayi yazıb. O, paylaşıma Hörmüz boğazından ABŞ və İrana qədər olan məsafəni müqayisə edən xəritə əlavə edib. Bu açıqlama Trampın 18 avqustda Truth Social-da "Yeni ABŞ ərazisi" başlığı ilə Hörmüz boğazının xəritəsini dərc etməsindən sonra verilib.

Xatırladaq ki, İran "Hörmüz boğazını tvit, təyyarədaşıyan gəmi, fərman və ya seçkiqabağı çıxışla ələ keçirmək mümkün deyil" deyə bildirib.

VƏLİ

Bütün xəbərlər Facebook səhifəmizdə