Naməlum şəxslər Fransanın sağçı "Milli Birlik" partiyasının parlament fraksiyasının lideri və 2027-ci il prezident seçkisində Emmanuel Makrona əsas rəqib kimi namizədliyi qeydə alınmış Marin Le Penin "X" sosial şəbəkəsindəki hesabına qısa müddət ərzində giriş əldə ediblər. Bu barədə AFP agentliyi partiyanın açıqlamasına istinadən məlumat yayıb.
Agentliyin məlumatına görə, naməlum şəxslər Le Penin səhifəsində kriptovalyuta reklamı yerləşdiriblər, lakin bu paylaşım bir neçə dəqiqədən sonra silinib. "Milli Birlik" partiyası bildirib ki, bu hadisə daha əvvəl partiyanın saytına həyata keçirilmiş haker hücumu ilə əlaqəli deyil.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB