Böyük Britaniyadan QƏRAR - Ukrayna üçün 90 milyard avroluq proqrama qoşuldu

Böyük Britaniyadan QƏRAR - Ukrayna üçün 90 milyard avroluq proqrama qoşuldu

Böyük Britaniya Ukraynaya dəstək üçün Avropa İttifaqının (Aİ) 90 milyard avroluq kredit proqramında iştirakla bağlı danışıqları başa çatdırıb. Bu barədə Aİ və Böyük Britaniyanın birgə bəyanatında bildirilib ki, tərəflər Böyük Britaniyanın maliyyələşdirmə mexanizmində iştirakına yol açan saziş imzalayıblar. Bəyanatda qeyd olunub ki, bunun sayəsində Ukrayna daha geniş istehsalçı dairəsindən müdafiə təyinatlı məhsullar ala biləcək.

Kredit növbəti iki il ərzində Ukraynaya həm büdcə ehtiyacları, həm də müdafiə xərcləri üçün sabit maliyyə dəstəyinin təqdim edilməsini nəzərdə tutur. İyunda mexanizm çərçivəsində Ukraynaya artıq 7,1 milyard avro ayrılıb, bunun da 3,2 milyard avrosu büdcə dəstəyinə, təxminən 3,9 milyard avrosu isə müdafiə xərclərinə yönəldilib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə