Almaniya Ukrayna üçün 90 milyon avroluq SÜRPRİZ

Almaniya Ukrayna üçün 90 milyon avroluq SÜRPRİZ

Almaniya Ukrayna üçün 50 min zərbə tipli pilotsuz uçuş aparatının (PUA) alınmasını maliyyələşdirəcək. Bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.

Məlumata görə, söhbət Ukraynanın "Skyfall" şirkətinin istehsal etdiyi, hədəfi avtomatik izləmə funksiyası ilə təchiz olunmuş PUA-lardan gedir. Müqavilənin dəyərinin təxminən 90 milyon avro olduğu bildirilir. Almaniya Müdafiə Nazirliyi hələlik "Reuters"in yaydığı məlumatı şərh etməyib.

Mətləb

Bütün xəbərlər Facebook səhifəmizdə