...Ukrayna artıq 930 kilometrdən çox mənzilli yeni Amerika ERAM qanadlı raketləri almış ola bilər.
Bu təhlili Defense Express Rusiya mənbələrinə istinadən bildirir.
SİA xəbər verir ki, nəşrin və… iddialara görə, Amerikanın Zone 5 Technologies şirkəti tərəfindən istehsal edilən 8 elementli CRPA antenasının fraqmentləri Rusiyada aşkar edilib.
Bu şirkət Ukraynanı dəstəkləmək üçün yaradılan ERAM (Genişləndirilmiş Mənzilli Hücum Sursatı) proqramının bir hissəsi olaraq AGM-188A Rusty Dagger qanadlı raketinin hazırlanmasında iştirak edir.
Bu silahın Ukrayna Silahlı Qüvvələrinə təhvil verildiyinə dair hələlik rəsmi təsdiq yoxdur. AGM-188A Rusty Dagger raketi 930 kilometrdən çox mənzilli hədəfləri vurmaq qabiliyyətinə malikdir.
Onun çəkisi təxminən 200 kiloqramdır ki, bunun da təxminən 45 kiloqramı döyüş başlığıdır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB