Sudanda iki sərnişin avtobusu toqquşdu: 14 ölü, 16 yaralı

Sudanın mərkəzi hissəsində yerləşən Cezire əyalətində iki sərnişin avtobusunun toqquşması nəticəsində baş verən qəza zamanı 14 nəfər həyatını itirib, 16 nəfər yaralanıb.
SİA xarici KİV-ə istinadən xəbər verir ki, Sudan Polisi tərəfindən verilən məlumata görə, qəza Cezire əyalətindəki Abu Usher və Wad Al-Majdi şəhərlərini birləşdirən yolun Al-Hilaliya bölgəsi yaxınlığında baş verib.

Hərəkətdə olan iki şəhərlərarası sərnişin avtobusunun üz-üzə toqquşması nəticəsində ilkin məlumatlara görə 14 nəfər ölüb, 16 nəfər isə xəsarət alıb.

Polisin açıqlamasında bildirilib ki, ilkin araşdırmalara əsasən qəzanın texniki nasazlıq səbəbindən baş vermiş ola biləcəyi ehtimal edilir. Hadisə ilə bağlı araşdırma başlanılıb.

Müəllif: Günay Hacıyeva

Bütün xəbərlər Facebook səhifəmizdə