Rusiyanın Berlindəki səfiri Sergey Neçayev Almaniya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə Almaniya XİN-in X hesabında məlumat yayılıb. Məlumatda səfirin nazirliyə çağırılmasının Rusiyanın Almaniyadakı hədəflərə qarşı birbaşa təhdidləri ilə bağlı olduğu qeyd edilib:
“Rusiyanın Almaniya ərazisindəki hədəflərə qarşı birbaşa təhdidləri Ukraynaya göstərdiyimiz dəstəyi zəiflətmək və həmrəyliyimizi sınağa çəkmək cəhdidir. Cavabımız qətidir: biz hədələr qarşısında geri çəkilməyəcəyik. Bu cür təhdidlər və Almaniyada həyata keçirilən istənilən casusluq fəaliyyəti tamamilə qəbuledilməzdir”.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB