2800 illik qadın və uşaqların qətliamının yeri aşkar edilib...

...Serbiyada ən azı 77 nəfərin - əksəriyyəti qadın və uşaqların - qalıqlarının olduğu dəfn yeri aşkar edilib.

SİA xəbər verir ki, Daily Mail qəzetinin məlumatına görə, onlar eramızdan əvvəl 9-cu əsrdə naməlum hücumçular tərəfindən vəhşicəsinə qətlə yetiriliblər.

Arxeoloqlar cinayət yerinin 2800 il əvvəl Qomolava yaşayış məntəqəsində baş verdiyini müəyyən ediblər: qurbanlar dəyənəklərlə, daş-kəsəklə qətlə yetiriliblər.

Hücum edənlər çox güman ki, atlı olublar.

Sümüklərin təhlili "əsasən başa qəsdən, qəddar və tez-tez ölümcül travmanın geniş dəlillərini" ortaya qoyur.

Alimlər vurğulayırlar ki, bu, qəfil zorakılıq deyil, planlaşdırılmış bir hərəkət olub.

Görünür, tarixdən əvvəlki işğalçılar resurslar və torpaq üzərində nəzarəti təmin etməyə belə cəhd ediblər.

Maraqlıdır ki, qırğından sonra qatillər ritual dəfn mərasimi keçiriblər: arxeoloqlar cəsədlərin yanındakı məzarlarda saxsı qablar, tunc zərgərlik əşyaları və yüzlərlə heyvanın qalıqları tapıblar.

...Edinburq, Kopenhagen və Dublin Universitetlərindən olan tədqiqatçılar bunun siyasi bir qərar olduğunu düşünürlər: zorakılığı və həlak olanlara hörməti birləşdirərək qədim qəbilələr fəth edilmiş torpaqlar üzərində hökmranlıq etməyə çalışırdılar.

...Əvvəllər Meksikanın Karib dənizi sahillərində mürəkkəb sualtı mağaralar sistemində insan qalıqlarının tapıldığı bildirilirdi. Alimlər onun qədim bir ritualın qurbanı olduğuna inanırlar.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə