Moskvadakı İran səfirliyinin qarşısında müvəqqəti bir abidə ucaldılıb.
MIR 24-ün məlumatına görə, paytaxt sakinləri ABŞ-İsrail bombardmanları nəticəsində baş verən kütləvi ölümlərdən sonra İran xalqına başsağlığı vermək üçün çiçəklər, şamlar və oyuncaqlar gətirirlər.
SİA xatırladır ki, vurulan binalar arasında qızlar məktəbi də var. Son məlumatlara görə, təxminən 170 şagird və müəllim həlak olub.
Ali lider Əli Xameneinin iqamətgahına edilən hücumda valideynləri ilə birlikdə onun 14 aylıq nəvəsi Zəhra Məhəmmədi Qolpayeqani də həlak olub.
...Bu qədər uşağın ölməsi çox kədərlidir; bu, sadəcə qeyri-insani bir şeydir! Bu necə ola bilər? Bu qədər gözəl bir ölkə, belə gözəl məscidlər, hər şey necə məhv edilə bilər?,
Rus saytlarının yazdığına görə, bunu İran səfirliyinə güllərlə gələn Moskva sakini deyib.
...Qeyd edək ki,Bir gün əvvəl Prezident Vladimir Putin Əli Xameneinin ölümü ilə bağlı iranlı həmkarı Məsud Pezeşkiana başsağlığı verib və Rusiya Xarici İşlər Nazirliyi ABŞ və İsrail əməliyyatını pisləyib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)
.jpg)

USD
EUR
GBP
RUB