Keşiş Epşteyn qalmaqalını Dəccalın gəlişi ilə əlaqələndirir...

Onun dediyinə görə, Dəccalın gəlişini guya Rusiya gecikdirir?

...Rusiyalı keşiş Vitali Rıbakov bildirib ki, Ceffri Epşteyn ilə bağlı aşkarlanan səs-küylü cinayətlər Dəccalın hakimiyyətinin yaxınlaşdığını göstərə bilər.

SİA-nın əldə etdiyi məlumata görə, Abzats ilə müsahibəsində o, izah edib ki, bu, insanların imandan uzaqlaşması və vəhşiliklərin artması ilə bağlıdır.

O qeyd edib ki, xristian dəyərlərindən ümumi dönüklük bu cür hadisələrin inkişafına kömək edir və Dəccalın gəlişini sürətləndirir ki, bu da Müqəddəs Kitab peyğəmbərliklərinə zidd deyil.

Keşiş bildirib ki, Müqəddəs Yazılar qanunsuzluğun artmasının sevginin azalmasına səbəb olduğunu göstərir. Onun fikrincə, Epşteyn qalmaqalı və Paris Olimpiadasının açılışı kimi əvvəlki hadisələr də bunu sübut edir.

Onun sözlərinə görə, bu, hazırda Qərbdə baş verənlərdir. ...Keşiş həmçinin qeyd edib ki, Dəccalın gəlişini səmimi iman, adət-ənənələr və sevginin qalası olan Rusiya gecikdirir, Qərb isə Tanrıdan imtina edərək özünə ilahi cəza gətirir.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə