ABŞ prezidenti Donald Tramp İrandakı iğtişaşlarla bağlı sərt bir bəyanat verdi.
SİA xarci KİV-ə istinadən xəbər verir ki, o, etirazçıları etirazlarını davam etdirməyə çağırdı. Ağ Ev rəhbəri bunu sosial media platforması Truth Social-da paylaşıb.
"İranlı vətənpərvərlər, etirazlarınızı davam etdirin - binalarınızı ələ keçirin!!! Qatillərin və təcavüzkarların adlarını unudun. Onlar bunun bədəlini ağır ödəyəcəklər", - deyə ABŞ prezidenti yazıb.
Tramp əlavə edib ki, İranlı etirazçılar dəstəksiz qalmayacaq və "kömək yoldadır". Ağ Ev rəhbəri nümayişçilərə qarşı zorakılıq dayandırılana qədər İran rəsmiləri ilə bütün görüşləri ləğv etdiyini qeyd edib.
Daha əvvəl İran Parlamentinin sədri Məhəmməd Baqer Qalibaf Trampı ölkəyə mümkün hücum halında "unudulmaz dərs" barədə xəbərdar etmişdi. O, respublikanın müdafiəçilərinin xarici təhdidləri qətiyyətlə dəf edəcəyini vurğulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB