Ağ Ev: "Tramp İrana qarşı bütün variantlara icazə verir..."

Hava hücumları da daxil olmaqla...

Ağ Evin mətbuat katibi Kerolin Levitt Fox News-a verdiyi açıqlamada bildirib ki, ABŞ prezidenti Donald Tramp hava hücumları da daxil olmaqla, İrana qarşı bütün mümkün ABŞ tədbirlərini nəzərdən keçirir.

...Düşünürəm ki, Prezident Trampın çox yaxşı bacardığı bir şey var ki, bütün variantları həmişə masada saxlasın. Hava hücumları isə baş komandanın sahib olduğu çoxsaylı variantlardan yalnız biridir. Diplomatiya həmişə prezidentin ilk seçimidir.- deyə o bildirib.

SİA xəbər verir ki, daha əvvəl "The Wall Street Journal" qəzeti ABŞ-ın İrana qarşı hansı növ zərbə endirə biləcəyi barədə məlumat vermişdi.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə