Fransa Daxili İşlər Nazirliyi etnik və dini məlumatları diskriminasiya məqsədilə yayımladığı iddia edilən MaFrance.app saytına qarşı araşdırma başladıb. SİA xəbər verir ki, Fransa ətraf mühit partiyasının millət vəkili Sabrina Sebaihi tərəfindən edilən şikayət əsasında nazirlik bu saytda “qanunsuz şəkildə İslam dini mənsubiyyətində olan fransızları hədəf almaq” iddialarını araşdırır. Sebaihi saytın “doğrudan və ya ehtimal edilən mənşəyə əsaslanan məlumatlar yayaraq, bu vətəndaşları hədəfə aldığını” bildirərək, bunun Fransız hüququnun əsas prinsipləri ilə ziddiyyət təşkil etdiyini qeyd edib.
2025-ci ilin yayından fəaliyyət göstərən MaFrance.app saytı Fransa ərazisindəki müxtəlif göstəricilərlə əlaqəli interaktiv xəritə təqdim edir. Sayt “islamlaşma indeksi”, “miqrasiya indeksi” və “wokizm indeksi” kimi məlumatlarla yanaşı, “ərəb-müsəlman mənşəli adlar” və məscidlər, halal ət dükanları, kababçılar kimi İslam dini ilə əlaqəli yerləri göstərir. Coğrafiya, mədəniyyət və dini birləşdirən açıq bir əlaqə qurur.
“SOS Racisme” təşkilatı saytdan “irqçi təhqir və irqi ayrı-seçkiliyə təşviq etmək” səbəbi ilə şikayət etmək niyyətində olduğunu açıqlayıb. Təşkilatın nümayəndəsi Clemantin Elfassi saytın müəyyən bir əhalini hədəf aldığını və irqçiliyin normallaşmasına səbəb olduğunu iddia edib. Bu şikayətin məqsədi saytın bağlanması və onun müəlifi olan şəxsə qarşı məhkəmənin açılmasıdır.
BFMTV-nin məlumatına görə, MaFrance.app saytının arxasında "Rémi Gration" adlı təxəllüs dayanır, hansı ki, bu ad radikal identitar ideologiyaya işarə edir. Sayt Fransanın ekstremist sağçı platformaları olan FDeSouche və Radio Courtoisie ilə ideoloji yaxınlıqları ilə tanınır.
Saytın müəllifi yayımladığı məlumatları Fransanın Statistika İnstitutu (INSEE) və Daxili Təhlükəsizlik Nazirliyinin Statistika Xidməti (SSMSI) kimi rəsmi mənbələrə əsaslandırmağa çalışır. Lakin bir çox məlumatlar ciddi bir metodologiya ilə təqdim edilməyib və subyektiv şərhlərlə yayılır, bu da onların etibarlılığı və məqsədi haqqında ciddi şübhələr doğurur.
Sayt qismən ianələrlə maliyyələşir və son zamanlarda Ko-fi platformasında olan ianə kampaniyası dayandırılıb. Lakin sayt hələ də kriptovalyutalar vasitəsilə ianə qəbul edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB