Avropa İttifaqı (Aİ) Qrenlandiya ətrafındakı vəziyyət barədə mövqeyini açıqlayıb. Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinyo Brüsseldə keçirilən brifinqdə mühüm fikirlər səsləndirib. O bildirib ki, təmsil etdiyi qurum Qrenlandiyanı tam dəstəkləyir.
SİTAT: "Xatırladım ki, Qrenlandiya ABŞ-ın müttəfiqidir və eyni zamanda NATO-nun üzvüdür. Bu, böyük fərqdir. Buna görə də biz Qrenlandiyanı tam dəstəkləyir və Venesuelada baş verənlərlə müqayisəni qətiyyən mümkün hesab etmirik", - o deyib.
Mətləb
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB