Fırıldaqçılar Türkiyədə bank hesabları açmaq istəyən rusları hədəf alırlar...

...SİA-nın əldə etdiyi məlumata görə, RİA Novosti Türkiyədəki dövlət bankının filialındakı mənbəyə istinadən xəbər verir ki, Türkiyədə bank hesabı açmaq istəyən rusiyalıları hədəf alan yeni bir fırıldaqçılıq sxemi ortaya çıxıb. Cinayətkarlar sosial mediada qurbanlarını hədəf alırlar.

...“Facebook” qruplarında dövlətə məxsus və özəl banklardan olduğunu iddia edən, Türkiyədə yaşayış icazəsi olmadan hesab açmağı təklif edən mesajlar görünür. Təəssüf ki, insanlar onların fırıldaqlarına aldanırlar, - deyə mənbə xəbərdarlıq edərək bildirib və Ankarada bir neçə oxşar halın qeydə alındığını qeyd edib.

Maliyyə qurumunun nümayəndəsi izah edib ki, bank hesabı açmaq üçün adətən ya Türkiyədə yaşayış icazəsi, ya da iş icazəsi tələb olunur və hesab baş ofis tərəfindən yoxlanıldıqdan sonra işlənilir.

...Xahiş edirik, rusiyalılar bu fırıldaqlara aldanmasınlar - deyə mənbə əlavə edib.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə