Tramp Madurondan sonra başqa bir ölkə prezidentinə də xəbərdarlıq etdi...
...ABŞ prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduronun tutulmasından sonra Kolumbiya prezidenti Qustavo Petroya xəbərdarlıq edib.
SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, o, bu sözləri Ağ Evin YouTube kanalında yayımlanan mətbuat konfransı zamanı söyləyib.
Siyasətçinin sözlərinə görə, kokain Kolumbiyada istehsal olunur və sonra ABŞ-a göndərilir. "Deməli, Qustavo Petro həqiqətən daha diqqətli olmalıdır", - deyə Tramp xəbərdarlıq edib.
Həmin günün əvvəlində Amerika lideri Meksikaya qarşı əməliyyata da işarə edib.
Ağ Evin məlumatına görə, ölkə əslində prezident Klaudiya Şeynbaum tərəfindən deyil, narkotik kartelləri tərəfindən idarə olunur.
...Deməli, biz onlarla bağlı bir şey etməliyik, - deyə siyasətçi bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB