Media: FTB agentləri Maduronun tutulmasında iştirak ediblər

SİA xəbər verir ki, CNN-in məlumatına görə, Federal Təhqiqat Bürosunun (FTB) agentləri Venesuela prezidenti Nikolas Maduronu tutmaq üçün əməliyyatda iştirak ediblər. Nəşrin məlumatına görə, FTB agentləri Maduronu ələ keçirən xüsusi bölmənin tərkibində olublar.

Nəşr bildirib ki, "Bir qrup FTB agenti Venesuela prezidenti Nikolas Maduronu tutmaq üçün əməliyyat keçirən ABŞ Xüsusi Qüvvələrinin tərkibində olub".

Maduro və həyat yoldaşı 3 yanvarda Venesuelanın paytaxtı Karakasda tutulublar.

Əvvəlcə şəhərdə partlayışlar baş verib, daha sonra ABŞ təyyarələri şəhər üstündə görünüb.

Daha sonra elit Delta Force bölməsinin üzvləri tutulmanı həyata keçiriblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə