...Rusiya xarici işlər naziri Sergey Lavrovun əvvəllər Qərb mediası tərəfindən bildirilən "gözdən düşməsi" ilə bağlı şayiələr "cəfəngiyatdır".
SİA-nın məlumatına görə, bunu Rusiya prezidenti Vladimir Putin TASS-a bildirib.
...Lavrov amerikalı tərəfdaşları ilə görüşə hazırlaşır; onun öz cədvəli var, - deyə Rusiya lideri cavab verib.
Putin həmçinin vurğulayıb ki, Rusiya Ukraynadakı nizamlanmanın konturlarını müzakirə etmək üçün ABŞ-ın xüsusi elçisi Stiv Vitkoffun səfərini gözləyir.
31 oktyabrda “Financial Times” ABŞ-ın sentyabr ayında BMT Baş Assambleyasının kənarında Rubio ilə qısa görüş zamanı Rusiya xarici işlər nazirinin "güzəştsizliyindən" şoka düşdüyünü bildirib.
Qəzet həmçinin oktyabrın ortalarında xarici işlər nazirləri arasında sonrakı telefon danışığının gərgin keçdiyini və Vaşinqtonun Budapeştdəki sammiti təxirə salmaq qərarına gəldiyini yazıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə


.jpg)

USD
EUR
GBP
RUB