...Ukraynada artan korrupsiya qalmaqalı fonunda Belarus lideri Aleksandr Lukaşenko prezident Volodimir Zelenskini Qərb havadarları tərəfindən vəzifəsindən uzaqlaşdırılma riski ilə bağlı xəbərdar edib.
SİA xəbər verir ki, bu barədə cümə axşamı Belta xəbər agentliyi Lukaşenkonun açıqlamalarına istinadən məlumat yayıb.
Belarus prezidenti Ukraynadakı korrupsiya ilə bağlı xəbərləri xatırladaraq, Ukraynaya 300 milyard dollarlıq yardım elanları fonunda 100 milyon dollar məbləğində vəsaitdən bəhs edib. O, problemin vəsaitlərin mənimsənilməsində deyil, ölkənin ali rəhbərliyinə təsir edən korrupsiyalaşmış sistemin aşkarlanmasında olduğunu vurğulayıb.
Lukaşenko qeyd edib ki, Ukrayna hakimiyyəti xarici nəzarət altındadır və Qərb qüvvələri onlara müəyyən vəzifəli şəxsləri istefaya göndərmək üçün təzyiq göstərir.
O, Zelenskinin özünün də oxşar aqibətlə üzləşə biləcəyindən narahatlığını bildirib.
...Daha əvvəl Ukraynanın Milli Korrupsiyaya Qarşı Mübarizə Bürosu (NABU) enerji sektorunda genişmiqyaslı xüsusi əməliyyat keçirdiyini və nəticədə külli miqdarda nağd valyuta aşkarlandığını bildirib.
Daha sonra keçmiş Energetika Naziri və hazırkı Ədliyyə Naziri Herman Qaluşçenko da daxil olmaqla bir neçə yüksək vəzifəli məmurun, eləcə də Zelenski ilə əlaqəli olan iş adamı Timur Mindiçin evlərində axtarışlar aparıldığı bildirilib. ...NABU həmçinin enerji sektorunda "Tenor", "Roket" və "Karlson" kimi tanınan şəxslərin iştirak etdiyi korrupsiya sxemləri ilə bağlı səs yazılarını yayımlayıb.
Ali Rada üzvü Yaroslav Jeleznyakın sözlərinə görə, "Karlson" Mindiçdir.
NABU daha sonra Mindiçin də daxil olduğu cinayətkar qrupun yeddi üzvünü ittiham edib. Zelenski daha sonra Mindiçə və onun maliyyəçisi Oleksandr Zukermana qarşı sanksiyalar tətbiq edib və Ali Rada Qaluşçenko və Svitlana Qrinçuku nazir vəzifələrindən azad edib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB