Qeyri-rəsmi danışıqlar zamanı Venesuela rəhbəri Nikolas Maduro ABŞ-a iki-üç il ərzində istefa vermək imkanı təklif edib.
SİA xəbər verir ki, bu barədə The New York Times mənbələrə istinadən məlumat yayıb.
Vaşinqton onun təklifini rədd edib və dərhal istefasını tələb edib.
Bundan əlavə, qəzetin mənbələri ABŞ prezidenti Donald Trampın Venesuelada gizli əməliyyatlar aparmaq üçün Mərkəzi Kəşfiyyat İdarəsinin planlarını təsdiqlədiyini və bunun Amerika hərbi əməliyyatlarına hazırlıq kimi xidmət edə biləcəyini bildirib.
Qeyd olunur ki, bu gizli əməliyyatların dəqiq nəyi nəzərdə tutacağı və ya nə vaxt həyata keçirilə biləcəyi hələ də məlum deyil.
14 noyabrda Pentaqon Qərb yarımkürəsində "Cənubi Nizə" əməliyyatının başladığını elan etdi və Prezident Tramp Venesuelaya qarşı əlavə addımlar barədə "qərar verdiyini" söylədi, lakin dəqiq nəyi açıqlamayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB