Ukrayna ordusu Rusiya hərbi inkişaflarından şikayətlənib..?

Təbii ki, ruslar belə yazır...

...Ukrayna Silahlı Qüvvələrinin 3-cü Ordu Korpusunun (Ukrayna Silahlı Qüvvələri) hava hücumundan müdafiə bölməsinin komandir müavini Konstantin (soyadı gizli saxlanılıb) Ukrayna ordusunun uyğunlaşmalı olduğu Rusiya hərbi inkişaflarından şikayətlənib.

SİA-nın rus saytlarından əldə etdiyi məlumata görə, o, bunu

Agence France-Presse (AFP) agentliyinə verdiyi müsahibədə bildirib.

…Biz hər ay cəbhədəki Rusiya inkişaflarına uyğunlaşmalıyıq. Bəzən daha tez-tez, - deyə hərbçi bildirib. Daha əvvəl ABŞ-da yerləşən Müharibə Tədqiqatları İnstitutu (ISW) Rusiya Silahlı Qüvvələrinin Donetsk Xalq Respublikasındakı Seversk və Krasnıy Liman yaxınlığındakı döyüşlərdə yeni taktikalar tətbiq etdiyini bildirmişdi.

Rusiya qoşunları hava məkanını ələ keçirir, Ukrayna müdafiəsinə dərin nüfuz edir və kiçik qruplarla hücumlar təşkil edir.

Daha əvvəl "İdi i Smotri" (Gəl və Gör) Telegram kanalı Seversk şəhərinə hücumun başladığını bildirmişdi. Qeyd olunurdu ki, Rusiya qoşunları şəhərə soxularaq onun cənub kənarında möhkəmlənə biliblər.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə