Limp Bizkit qrupunun Tallindəki konserti ləğv edilib, niyə?..

Demə, qrupun solisti Fred Durst Rusiya pasportu almaq istəyirmiş..?
Limp Bizkit qrupunun Tallindəki konserti ləğv edilib, niyə?..

...Təşkilatçı Baltic Live Agency sosial mediada Amerikanın Limp Bizkit qrupunun 31 may 2026-cı ildə Tallində keçirilməsi planlaşdırılan konsertinin ləğv olunduğunu bildirib.

SİA-nın məlumatına görə, Estoniya Xarici İşlər Nazirliyi əvvəllər qrupun ölkədəki çıxışını qəbuledilməz adlandırıb, çünki qrupun solisti Fred Durst Rusiyanı dəstəkləyib.

Nazirlik xatırladıb ki, Durst 2014-cü ildə Krımın işğalından sonra Rusiya və Vladimir Putin haqqında müsbət fikirlər səsləndirib.

2015-ci ildə Fred Durst Krım "administrasiyasına" Rusiya vətəndaşlığını alacağı təqdirdə yarımadada ABŞ-da olduğu qədər çox vaxt keçirməyə hazır olduğunu bildirən bir mesaj göndərib.

...Nyu metal və rep rokun ilk dövrlərində əsas qruplardan biri olan Limp Bizkit 1994-cü ildə Floridada yaradılıb.

Qrupun daimi heyətinə Fred Durst, Ues Borland, Coon Otto və DJ Lethal daxildir.

2025-ci ildə qrup Cənubi Amerikaya Gringo Papi turnesinə çıxacaq və noyabr ayında Meksikada çıxış edəcək.

Nazlı Almuradova

Bütün xəbərlər Facebook səhifəmizdə