SİA-nın məlumatına görə, RİA Novosti Gallup sorğusuna istinadən xəbər verir ki, hər beş amerikalıdan biri öz ölkələrini tərk edib xaricdə məskunlaşmaq istəyir.
Bu statistika ardıcıl ikinci ildir ki, müşahidə olunur.
Sorğuda deyilir ki, "Hər beş amerikalıdan biri fürsətləri olsaydı, ABŞ-ı tərk edib başqa bir ölkəyə daimi köçəcəklərini deyir".
Gənc qadınlar ABŞ-dan mühacirət etməyə ən çox hazırdırlar. 15-44 yaş arası qadınların 40 faizi fürsət yaranarsa, xaricə köçməyə hazır olduqlarını bildirib.
Bu rəqəm 2014-cü il göstəricisindən dörd dəfə çoxdur. Gənc kişilər arasında 19 faiz mühacirət etmək istədiklərini bildirib ki, bu da Gallup-un bu cür sorğular keçirmə tarixi üçün rekord göstəricidir.
45 yaşdan yuxarı olanların yalnız 14 faizi qadın, 8 faizi isə ABŞ-ı tərk etməyə hazır olduqlarını bildirib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)


USD
EUR
GBP
RUB