NATO münaqişənin tez bir zamanda bitəcəyini gözləmir...

...Rutte Rusiya ilə uzunmüddətli mübarizəyə hazırlıq çağırışı edib

...NATO-nun baş katibi Mark Rutte bildirib ki, NATO Rusiya ilə uzunmüddətli mübarizəyə hazır olmalıdır.

O, əmindir ki, Ukraynadakı münaqişə bitdikdən sonra belə Rusiyanın yaratdığı təhlükə aradan qalxmayacaq, ona görə də müttəfiqlərin rahatlamaması və uzunmüddətli qarşıdurmaya hazırlaşması vacibdir.

SİA xatırladır ki, bundan əvvəl Rutte Rumıniya prezidenti Nikusor Dan ilə danışıb və qeyd edib ki, NATO müdafiə ittifaqı olsa da, hər hansı bir ehtimala hazır olmaq lazımdır.

Prezident Dan bildirib ki, NATO ölkələrinin hava müdafiəsini gücləndirən Şərqi Keşikçi proqramının, xüsusən də son dron hadisələrindən sonra vacib bir addım olduğunu və alyansın lazım gələrsə, hərbi imkanlarını artıra biləcəyini bildirib. Rutte əmin edib ki, NATO üzv dövlətlərindən hər hansı birinə hücum ediləcəyi təqdirdə, bütün təşkilat çiyin-çiyinə dayanacaq və F-35 qırıcıları, donanmaları və quru qüvvələri də daxil olmaqla bütün arsenalını çağıracaq.

Bu arada, Moskva dəfələrlə Şimali Atlantika Alyansının Rusiya ilə münaqişəyə yönəldiyini bildirib.

Ötən ay Vladimir Putin Rusiya ordusunun yaxşı döyüş hazırlığı nümayiş etdirməsinə baxmayaraq, bütün NATO ölkələrinin Rusiyaya qarşı hərbi əməliyyatlarda iştirak etdiyini bildirmişdi.

Kreml rəhbəri Rusiya Silahlı Qüvvələrinin hazırda dünyanın ən güclüləri arasında olduğunu vurğulayıb..?

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə