...İstintaq başlayıb. Məlumatların dəyişdirilməsində iki mümkün şübhəli müəyyən edilib.
SİA-nın məlumatına görə, Fransanın birinci xanımı Brijit Makron ölkənin vergi xidmətinin rəsmi saytında “Jan-Mişel”,..kişi adı ilə qeydiyyatdan keçib.
BFMTV sənədli filmində deyilir ki, bu, 2024-cü ilin sentyabrında məlum olub.
Fransanın birinci xanımının aparat rəhbəri Tristane Baume rəsmi veb saytında vergi məlumatlarına baxış zamanı Brijit Makronun adının qeyd edilməli olduğu hissədə gözlənilmədən Jan-Mişel adlı kişi adının olduğunu aşkar edib. Bu səhv sadə texniki nasazlıq deyil, "kənar müdaxilə" idi. Yelisey Sarayı hadisəni çox ciddi qəbul edib.
Brijit Makron hadisədən sonra şikayət edib və araşdırma başlayıb.
Məlumatların dəyişdirilməsində iki mümkün şübhəli müəyyən edilib. Əvvəllər bildirilirdi ki, Makronun həyat yoldaşı onun qadın olduğuna dair "elmi" dəlillər təqdim etmək niyyətindədir. ABŞ jurnalisti Brijit Makrondan müayinə yolu ilə cinsiyyətini təsdiqləməsini tələb edəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə

.jpg)
.jpg)

USD
EUR
GBP
RUB