ABŞ Maliyyə Nazirliyi təfərrüatları açıqlayıb…
...Birləşmiş Ştatlar Hindistanın Amerika neftinin idxalını artıracağını və Rusiyadan alışını azaltacağını gözləyir.
SİA xarici qaynaqlara istinadən xəbər verir ki, “Fox News”un məlumatına görə, bunu ABŞ-ın maliyyə naziri Skot Bessent deyib.
...Rusiya neftinə görə biz Hindistana 25 faiz tariflər tətbiq etdik. Düşünürəm ki, biz tezliklə balansda dəyişiklik görəcəyik, onlar daha az Rusiya neftini və daha çox Amerika neftini alacaqlar.
Bunu Bessent bildirib və o, həmçinin əlavə edib ki, Hindistanın neft alış balansında müvafiq yenidən bölüşdürülmə yaxın həftələrdə və ya aylarda baş verməlidir.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə