...Ramzan Kadırov Çeçenistan Respublikasının Qəhrəmanı adı və medal alıb.
SİA-nın məlumatına görə, Baş nazir Maqomed Daudov medalı Qroznıda yeni hökumət kompleksinin açılışı ilə bağlı tədbirlər zamanı regional liderə təqdim edib.
Daudov Çeçenistan rəhbəri Ramzan Axmatoviç Kadırovun Çeçenistan Respublikası Qəhrəmanı ali adına və “Qızıl Ulduz” medalına layiq görüldüyünü açıqlayıb.
Bundan başqa, o qeyd edib ki, Kadırov bu mükafata “dövlət qarşısındakı üstün xidmətinə görə” layiq görülüb.
Bu barədə “Chechnya Today” portalı məlumat yayıb.
...Və Ramzan Kadırov Qroznını inkişaf etdirmək motivasiyasından danışıb. O, bunu respublikanı bərpa etmək və tikilməkdə olan yeni Qroznını görmək arzusunda olan atası Axmat-Hacı Kadırovun xatirəsinə etdiyini etiraf edib. Xatırladaq ki, Çeçenistan rəhbəri ələ keçirilən zirehli texnikanın cəbhəyə göndərildiyini elan edib.
Ramzan Kadırov general Vladimir Şamanovun tənqidlərinə cavab verib.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə