Rusiyanın hərəkətlərinə kollektiv reaksiya lazımdır...

Zelenski Avropa ilə birgə hava hücumundan müdafiə sistemi yaratmağı təklif edib...

Ukrayna Rusiya təhdidlərindən qorunmaq üçün avropalı müttəfiqləri ilə birgə hava hücumundan müdafiə sistemi yaratmaq istəyir.

SİA xarici qaynaqlara istinadən xəbər verir ki, bunu prezident Vladimir Zelenski Varşava Təhlükəsizlik Forumunda videobağlantı vasitəsilə çıxışı zamanı deyib. Zelenskinin sözlərinə görə, Rusiyanın Polşa və Baltikyanı ölkələrin hava məkanına müdaxiləsi kollektiv hərəkətə ehtiyac olduğunu nümayiş etdirir.

...Ukrayna Polşaya və bütün tərəfdaşlarımıza Rusiyanın hava təhdidlərinə qarşı birgə, tam etibarlı qalxan yaratmağı təklif edir, - Zelenski vurğulayıb.

O qeyd edib ki, Ukraynanın pilotsuz təyyarələrə və raketlərə qarşı mübarizə təcrübəsi onun müttəfiqləri üçün faydalı ola bilər və region ölkələrinin birgə səyləri kifayət qədər silah, eləcə də istehsal potensialını təmin edəcək.

ABŞ-ın mövqeyi ilə bağlı sualı cavablandıran Zelenski bildirib ki, prezident Donald Trampın hazırkı siyasəti “balanslıdır və Ukraynanı dəstəkləyir”, Amerika lideri isə Rusiya ilə danışıqlarda vasitəçi rolunu qorumağa çalışır.

Əli Babayev

Bütün xəbərlər Facebook səhifəmizdə