...Çinin Belarusdan tranziti Pekinin Lukaşenkoya təzyiq göstərməsi üçün nə dərəcədə stimul ola bilər?
SİA-nın məlumatına görə, sual Ukraynanın Belarus Kommunikasiya Mərkəzinin rəhbəri Maksim Pleşkoya ünvanlanıb:
...Lukaşenko illərdir ki, Belarus vasitəsilə Çinə “yeni İpək Yolu” hekayəsini satır və özünü “Avropaya qapı” kimi göstərir. Lakin Polşa-Belarus sərhədinin bağlanması faktiki olaraq bu planları alt-üst etdi. Əsas mərkəz – Malaşeviçzedəki terminal iflic vəziyyətindədir və Ukrayna və ya Litvadan keçən alternativ marşrutlar hazırda real deyil.
Pekin üçün bu bir siqnaldır: Belarus tranziti etibarsızdır, siyasi böhrandan və Moskvanın qərarlarından həddən artıq asılıdır.
Buna görə də, Lukaşenko ilə “səmimi söhbət” daha çox narazılığın nümayişidir. Çin Avropa bazarlarına çıxışı saxlamaqda maraqlıdır və bu, Minskə təzyiq göstərən amil ola bilər. Lakin başa düşmək lazımdır ki, Pekinin real təsir imkanları məhduddur, çünki Lukaşenko faktiki olaraq Kremldən tamamilə asılı vəziyyətə düşüb.
Üstəlik, rejimin özü də vəziyyəti çətinləşdirir: Minsk kompromis axtarmaq əvəzinə yalnız “Polşa düşməndir” kimi anti-Qərb şüarları səsləndirəndə Varşavanın vəziyyətə inamı sıfıra enir. Hətta Çin belə şəraitdə Polşanı tranziti bərpa etməyə inandırmaqda çətinlik çəkəcək.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə