...Çinin xarici işlər naziri Vanq Yi sentyabrın 12-dən 16-dək Avstriya, Sloveniya və Polşaya səfər edəcək. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Lin Jianın verdiyi məlumata görə, səfərin məqsədi əməkdaşlığı gücləndirmək və ikitərəfli münasibətlərdə əsas məsələləri və beynəlxalq vəziyyəti müzakirə etməkdir.
SİA-nın məlumatına görə, rmf24.pl xəbər verir ki, sentyabrın 15-də Polşa baş nazirinin müavini və xarici işlər naziri Radoslav Sikorski ilə görüş planlaşdırılır.
Çin diplomatının Polşaya səfəri ölkənin şərq sərhədində gərginliyin artdığı dövrə təsadüf edir.
Eyni zamanda, Polşa hakimiyyətinin “aqressiv” adlandırdığı “Qərb-2025” Rusiya-Belarus hərbi manevrləri keçirilir. Təlimlərə cavab olaraq Varşava hökuməti avtomobil və dəmir yolu nəqliyyatı da daxil olmaqla Belarusla sərhədi tamamilə bağlamaq qərarına gəlib.
Çin yük qatarlarının Avropa Birliyinə əsas giriş nöqtəsi olan Małaszewicze, Çin və Avropa arasında ticarətdə mühüm rol oynayır.
...China Railway Express təşəbbüsünün təxminən 90 faizi Polşadan keçir və ya Polşaya çatır.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə