...Ukrayna Xarici İşlər Nazirliyi rəsmi olaraq Qərb tərəfdaşlarını, ilk növbədə ABŞ-ı Rusiyanın hərbi obyektlərinə zərbələr endirmək üçün dərhal uzaqmənzilli raketlərlə təmin etməyə çağırıb.
Bu çağırış ötən gecə Kiyevə edilən kütləvi hava hücumundan sonra edilib.
Ukrayna Xarici İşlər Nazirliyi bildirir ki, Rusiya 629 hava hücumu silahından, o cümlədən yüzlərlə pilotsuz təyyarədən, həmçinin ballistik və qanadlı raketlərdən istifadə edib.
...Biz tərəfdaşlarımızı dərhal Ukraynanı Rusiyanın hərbi obyektlərinə zərbələr endirmək üçün... uzaqmənzilli silahlarla təmin etməyə çağırırıq.
SİA-nın məlumatına görə, bu bəyanatda deyilir.
Kiyev həmçinin Rusiyanı ABŞ prezidenti Donald Trampın sülh səylərinə məhəl qoymamaqda ittiham edib.
Ukrayna Xarici İşlər Nazirliyinin fikrincə, yeganə effektiv yanaşma “güc vasitəsilə sülh” siyasəti olaraq qalır.
Kiyev raketlərlə yanaşı, əlavə hava hücumundan müdafiə sistemləri də istəyib.
...AB-nin 19-cu sanksiyalar paketinin dərhal qəbul edilməsini və Rusiyanın beynəlxalq maliyyə sistemlərindən tamamilə ayrılmasını istəyib.
Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bu gün keçirdiyi brifinqdə gecə hücumunu şərh edərkən qeyd edib ki, “...xüsusi hərbi əməliyyat davam edir... Rusiya silahlı qüvvələri də öz tapşırıqlarını yerinə yetirir. Onlar, deyildiyi kimi, hərbi və hərbiləşdirilmiş infrastruktur obyektlərinə zərbələr endirməkdə davam edirlər".
Bundan əlavə, Peskov izah edib ki, Ukrayna hərbçiləri də Rusiya infrastrukturuna zərbələr endirməkdə davam edir və hava atəşkəsi ilə bağlı heç bir razılaşma əldə olunmayıb.
Əli Babayev
Bütün xəbərlər Facebook səhifəmizdə