...Rusiyada, Altay diyarında səkkiz aylıq qız uşağını qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanılıb.
SİA rus saytlarına istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin region üzrə İstintaq İdarəsindən məlumat verilib.
Faktla bağlı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci ("Azyaşlının öldürülməsi") maddəsi ilə cinayət işi açılıb. İstintaqın məlumatına görə, avqustun 5-də Berezovka kəndində yerli sakin səkkiz aylıq qızının itkin düşməsi (?) barədə məlumat verib.
Əməliyyat-istintaq qrupu evə və ətraf əraziyə baxış keçirərkən meyiti aşkarlayıb.
İlkin məlumata görə, qız açıq qara-beyin zədəsi alıb və bu, onun həyatı ilə uyğun gəlmir.
Uşağın ailəsi disfunksional kimi qeydiyyata alınıb. Cinayəti törətməkdə şübhəli bilinən şəxs saxlanılıb, onunla bağlı zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Nazlı Almuradova
Bütün xəbərlər Facebook səhifəmizdə